SEPAH ABŞ-nin Bəhreyn və BƏƏ-dəki hərbi bazalarına hücum edib
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin Bəhreynin cənubunda yerləşən (Fars körfəzi sahili - red.) "Şeyx İsa" və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidən 32 kilometr məsafədəki "Əl-Dəfra" hərbi hava bazalarına hücum edib.
Xeber.ge xəbər verir ki, bu barədə SEPAH-a istinadən "Fars" agentliyi məlumat yayıb.
"Amerika hərbçilərinin qırıcı təyyarə anqarları qanadlı raketlərlə məhv edilib", - məlumatda bildirilib.
SEPAH hücumların hərbi bazalar tamamilə boşaldılıb məhv edilənə qədər davam olunacağını vurğulayıb.
mənbə: report.az