Gürcüstan daim təxribatlara qarşı müdafiə rejimindədir

Mar 17, 2026 - 09:46
 0  4
Gürcüstan daim təxribatlara qarşı müdafiə rejimindədir

Gürcüstan daim təxribatlara qarşı müdafiə rejimindədir.

Bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.

O, qeyd edib ki, Gürcüstan hakimiyyəti ölkəni təxribatlardan qorumaq üçün daim müdafiə rejimində fəaliyyət göstərir.

"Rustavi 2" telekanalında yayımlanan debatda danışan Baş nazirin sözlərinə görə, bəzi siyasi qüvvələr ölkədə qütbləşməni artırmağa çalışır və proses xaricdən dəstəklənir.

Kobaxidze qeyd edib ki, Gürcüstan hakimiyyəti həm dövlətə, həm də kilsəyə qarşı yönələn təxribatların qarşısını almağa çalışır. Ölkə üzərində ciddi təzyiqlər olub, o cümlədən Gürcüstanın müharibəyə cəlb olunması, sanksiyalar tətbiq etməsi ilə bağlı çağırışlar səsləndirilib.

Baş nazirin sözlərinə görə, bəzi beynəlxalq qərarlar da Gürcüstan üçün ədalətsiz olub.

Kobaxidze vurğulayıb ki, bu təzyiqlərə baxmayaraq, Gürcüstan iqtisadi və siyasi baxımdan inkişaf edir və suverenliyini möhkəmləndirir. "Belə şəraitdə uğur qazanmaq asan deyil, lakin sonda sülhü və sabitliyi qoruyub saxlaya bilirik", - Baş nazir əlavə edib.

mənbə: report