DİN: Sameqrelo-Zemo Svanetidə odlu silah və döyüş sursatı götürülüb, 2 nəfər saxlanılıb

May 7, 2025 - 12:07
 0  16
DİN: Sameqrelo-Zemo Svanetidə odlu silah və döyüş sursatı götürülüb, 2 nəfər saxlanılıb

Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, Sameqrelo polisi müxtəlif vaxtlarda keçirdiyi əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində odlu silah və döyüş sursatının qanunsuz

əldə edilməsi və saxlanılması ittihamı ilə 2 nəfəri – 1970-ci il təvəllüdlü M.G.-ni və əvvəllər məhkum olunmuş, 1980-ci il təvəllüdlü L.Q.-nu saxlayıb.

Nazirliyin bəyanatında deyilir:

“Hüquq-mühafizə orqanları təqsirləndirilən şəxslərin avtomobilinə, yaşayış evlərinə və yardımçı tikililərə baxış keçirərkən 3 ədəd odlu silah, daraqlar, güllələr və partlayıcı maddə sübut kimi götürülüb.”

DİN-in məlumatına görə, odlu silahların qanunsuz əldə edilməsi və saxlanılması faktı ilə bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 236-cı maddəsinin 3-cü bəndi üzrə aparılır. Bu cinayətlər 6 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

mənbə: marneulifm