Batumidə "Ambassador" otelində qaz balonu partlayıb
Batumidə, dənizkənarı bulvar yaxınlığında yerləşən "Ambassador" otelində partlayış baş verib. İlkin məlumata görə, hadisəyə qaz balonunun partlaması səbəb olub.
Xeber.ge xeber verir ki, hadisə nəticəsində bir nəfər yüngül bədən xəsarətləri alıb.
Yerli medianın yaydığı məlumata əsasən, partlayışdan dərhal sonra otelin dam hissəsində qatı duman müşahidə olunub. Hadisə yerinə dərhal xilasedicilər, polis və təcili tibbi yardım briqadaları cəlb edilib.
Hüquq-mühafizə orqanları tərəfindən otelin ətrafı sarı lentlərlə əhatəyə alınıb və təhlükəsizlik kordonu yaradılıb. Hazırda ərazidə mütəxəssislər işləyir, hadisənin dəqiq səbəbləri və dəyən ziyanın miqyası araşdırılır.