Dmanisidə qadına qarşı zorakılıq: Bir nəfər saxlanılıb

Sep 21, 2026 - 21:21
 0  11
Dmanisidə qadına qarşı zorakılıq: Bir nəfər saxlanılıb
: :
playing

Daxili İşlər Nazirliyinin məlumatına görө, Aşağı Kartli Polis Departamentinin Dmanisi Rayon İdarəsinin əməkdaşları zorakılıq ittihamı ilə bir nəfəri saxlayıblar.

XEBER.GE xeber  verir ki, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs cari ilin 20 sentyabr tarixində Dmanisi rayonunda, Pantiani gölünün yaxınlığındakı ərazidə tanış qadına fiziki təzyiq göstərib və hadisə yerindən qaçıb.

Hüquq-mühafizə orqanları "isti izlərlə" həyata keçirilmiş əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində cinayətkar kişinin şəxsiyyətini tezliklə müəyyən ediblər və təqsirləndirilən şəxs qismində saxlayıblar", – deyə bəyanatda bildirilir.

İstintaq Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə aparılır.

Xatırladaq ki, dünən hüquq müdafiəçisi Samira Bayramova sosial şəbəkədə həmin hadisənin şahidi olduğunu əks etdirən video yaymışdı. Fəal bildirir ki, kişinin sözlərinə görə, "həyat yoldaşı onun icazəsi olmadan toyda olub".