Gürcüstanda etiraz əhvalı yoxdur

"Gürcüstanda etiraz əhvalı yoxdur".
Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, cəmiyyətdə 500 xarici agent fəaliyyət göstərir və onlar etirazı saxlamağa çalışırlar.
"Əslində cəmiyyətdə etiraz yoxdur və bunu "Gürcü Arzusu"nun seçkilərdə səslərin 82 faizini əldə etməsi də təsdiqləyir. Biz 1 milyon 100 mindən çox səs əldə etmişik. Belə vəziyyətdə əlbəttə ki, bu cür süni etiraz cəhdlərinin heç bir uğurlu perspektivi olmayacaq", - İ.Kobaxidze söyləyib.
mənbə: apa