Rustavidə onlayn kredit dələduzluğu

Sep 21, 2026 - 23:06
 0  8
Rustavidə onlayn kredit dələduzluğu
: :
playing

 Gürcüstan Prokurorluğunun yaydığı məlumata görө, Gürcüstan Prokurorluğu külli miqdarda pulun dələduzluq yolu ilə ələ keçirilməsi faktı üzrə bir nəfərə ittiham irəli sürülüb.

XEBER.GE xeber  verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin apardığı istintaqla müəyyən edilib ki, Rustavidə təqsirləndirilən şəxs öz əməkdaşlarının və yaxınlarının şəxsi məlumatlarından istifadə edərək, onların adından bank müəssisələrindən birində  distansion şəkildө bank hesabı açıb və həmin şəxslərin adından onlayn kreditin təsdiq olunmasını tələb edib. Təqsirləndirilən şəxs səhv və yalan məlumat verməklə bank təşkilatını aldatmış və 4 müxtəlif şəxsin adına təsdiq edilmiş ümumilikdə 48 min 130 lari məbləğində krediti dələduzluq yolu ilə ələ keçirmişdir.

Hüquq-mühafizə orqanları təqsirləndirilən şəxsi 2026-cı il sentyabrın 20-də saxlayıblar. Ona Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsinin üçüncü hissəsinin "b" bəndi ilə (dələduzluq, külli miqdarda törədilmiş, 4 epizod) ittiham irəli sürülüb ki, bu da cəza qismində 9 ilə qədər azadlıqdan məhrumetməni nəzərdə tutur.

Prokurorluğun vəsatəti əsasında təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri olaraq həbs-qətimkan tədbiri seçilib", – deyə bəyanatda bildirilir.