Hərbi Gürcüstan yolu yenə bağlandı
Qar uçqunu təhlükəsi səbəbindən Hərbi Gürcüstan Yolunun bir hissəsi olan Qudauri-Kobi avtomobil yolu bütün nəqliyyat vasitələri üçün bağlanıb.
Bu barədə Gürcüstan İnfrastruktur Nazirliyinin Avtomobil yolları Departamenti məlumat yayıb.
“Mtsxeta - Stepantsminda - Lars beynəlxalq avtomobil yolunun Qudauri (Posta) - Kobi hissəsinin 93-107 km-lik hissəsində yüksək səviyyədə qar uçqunu təhlükəsi mövcuddur, buna görə də bu hissədə bütün növ nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq qadağandır”, - departamentdən bildirilib.
Qeyd edək ki, bir neçə gün öncə Rusiya da qar uçqunu təhlükəsi səbəbindən Hərbi Gürcüstan yolunun Şimali Osetiyadan keçən hissəsini bütün növ nəqliyyat vasitələri üçün bağlamışdı.
mənbə: axar