İran ilk dəfə "Starlink"in siqnalını kütləvi şəkildə kəsib

Jan 13, 2026 - 10:11
 0  8
İran ilk dəfə "Starlink"in siqnalını kütləvi şəkildə kəsib

İranda ilk dəfə olaraq "Starlink"in siqnalı kütləvi şəkildə kəsilib və trafikin təxminən 80%-i bloklanıb.

Xeber.ge xəbər verir ki, ilkin məlumatlara görə, İran xüsusi xidmət orqanları siqnalı boğmaq üçün yeni radioelektron mübarizə vasitələrindən istifadə ediblər. "Starlink" mobil rabitənin və stasionar internetin kəsildiyi vaxtlarda etirazçılar üçün "B planı" olaraq qalırdı.

Eyni zamanda, İran hökuməti İlon Maskdan "Starlink"i ölkədə rəsmi qeydiyyatdan keçirməyi və fəaliyyət üçün lisenziya almağı tələb edir. Əks halda, hökumət cinayət məsuliyyəti tətbiq edəcəyi və xidməti milli səviyyədə tamamilə bloklayacağı ilə hədələyir.

mənbə: oxu.az