İrakli Kobaxidze "Gürcü Arzusu"nun sədri seçilib

May 7, 2025 - 14:52
 0  9
İrakli Kobaxidze "Gürcü Arzusu"nun sədri seçilib

Baş nazir İrakli Kobaxidze Gürcüstanın hakim "Gürcü Arzusu" partiyasının sədri seçilib.

Müvafiq qərar bu gün qəbul edilib.

O, 2021-2024-cü illərdə artıq bu vəzifəni tutub.

Qeyd edək ki, bu siyasi təşkilatın əvvəlki sədri İrakli Qaribaşvili aprelin 25-də siyasətdən və partiya rəhbərliyindən getdiyini açıqlayıb.

mənbə: apa