Almaniyadan Trampın Hörmüzlə bağlı çağırışına cavab: Bizə dəxli yoxdur

Mar 16, 2026 - 22:08
 0  8
Almaniyadan Trampın Hörmüzlə bağlı çağırışına cavab: Bizə dəxli yoxdur

Almaniya xarici işlər naziri Yohann Vadefel Hörmüz boğazı ilə bağlı yaranmış gərginliyin həllində NATO-nun hər hansı rol oynamasını məqsədəuyğun saymır.

Xeber.ge xeber  verir ki, nazir bu barədə Brüsseldə keçirilən Aİ nazirlərinin görüşündən əvvəl jurnalistlərə açıqlama verib.

Vadefel qeyd edib ki, hazırda NATO-nun bu istiqamətdə hər hansı qərar qəbul etməsini və ya Hörmüz boğazı üçün məsuliyyəti üzərinə götürməsini real görmür: "Əgər belə bir ehtimal olsaydı, NATO strukturları bu məsələ ilə müvafiq qaydada məşğul olardılar".

Ağ Ev rəhbəri Hörmüz boğazında kommersiya gəmiçiliyinin təhlükəsizliyini təmin etmək üçün təxminən yeddi ölkədən (o cümlədən Çin, Yaponiya, Cənubi Koreya, Fransa və Böyük Britaniya) ibarət koalisiya yaratmaq və bu bölgəyə hərbi gəmilər cəlb etmək niyyətindədir.

mənbə: publika.az