Gürcüstanda "TSQ Investment Group" platforması ilə bağlı istintaq başlanıb
Maliyyə Nazirliyinin İstintaq Xidməti "TSQ Investment Group" ("Henri piramidası") adlı investisiya platforması ilə bağlı istintaqa başlayıb
XEBER.GE xeber verir ki, "Tabula"ya qurumdan bildiriblər ki, istintaq Gürcüstan Milli Bankının müraciəti əsasında başlanıb və Cinayət Məcəlləsinin qanunsuz sahibkarlıq fəaliyyətini nəzərdə tutan 192-ci maddəsinin ikinci hissəsi ilə aparılır.
Məlumat üçün bildirək ki, "TSQ Investment Group" istifadəçilərə kriptovalyuta ticarəti ilə əlaqəli gəlir təklif edir, buna Gürcüstanın minlərlə vətəndaşı da qoşulub. Son dövrlər yayılan məlumatlara görə, istifadəçilər artıq pullarını çıxara bilmirlər.