Martvilidə quduzluq təhlükəsi: Kənddə karantin elan edilib
Gürcüstanın Martvili bələdiyyəsinin Bandza kəndində quduzluq faktı laboratoriya üsulu ilə təsdiqlənib. Hadisə ilə əlaqədar ərazidə genişmiqyaslı karantin və dezinfeksiya tədbirlərinə başlanılıb.
Xeber.ge xəbər verir ki,
Məlumata əsasən, aprelin 8-də Bandza kəndindən Kutaisi heyvan sığınacağına aparılan sahibsiz it aprelin 14-də laboratoriya müayinəsindən keçirilib. Analizlərin nəticəsi (protokol №2465) heyvanda quduzluq virusunun olduğunu təsdiqləyib. Həmin itin sığınacağa aparılana qədər kənddə 3 nəfəri dişlədiyi bildirilir.
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən dərhal aşağıdakı addımlar atılıb:
Xəstəliyin aşkarlandığı ocaqda karantin rejimi elan edilib.
Həm Bandza kəndində, həm də Kutaisidəki sığınacaqda tam dezinfeksiya işləri aparılıb.
Ərazidəki digər heyvanların peyvəndlənməsi və onların sağlamlıq vəziyyətinə nəzarət prosesi başlayıb.
Səlahiyyətli qurumlar Bandza kəndində, xüsusilə "Ori Nabiji" marketinin ətrafında sözügedən sahibsiz itlə təmasda olan bütün şəxsləri vaxt itirmədən tibb müəssisələrinə müraciət etməyə çağırır. Mütəxəssislər xatırladır ki, quduzluq ölümcül xəstəlikdir və vaxtında peyvənd olunmaq həyati əhəmiyyət kəsb edir