Sürücülük imtahanının vaxtını dəyişmək mümkün olacaq
Gürcüstan Daxili İşlər Nazirliyinin Xidmət Agentliyi vahid milli, qrant və ya ümumi magistratura imtahanlarında iştirak edən sürücülüyə namizədlər üçün xüsusi güzəşt tətbiq edəcək.
XEBER.GE xəbər verir ki, rəsmi məlumata əsasən, sürücülük vəsiqəsi almaq üçün keçirilən praktiki imtahanın ikinci mərhələsinin (şəhər imtahanı) tarixi tələbə və ya abituriyentin milli imtahan günləri ilə üst-üstə düşərsə, namizəd sürücülük imtahanının vaxtını dəyişdirə biləcək.
Sürücülüyə namizədlər imtahan vaxtının dəyişdirilməsi üçün aşağıdakı addımları atmalıdırlar:
· Agentliyin rəsmi sagency@sa.gov.ge elektron poçt ünvanına müraciət göndərilməlidir.
· E-məkfuba milli imtahanlara aid imtahan kartı və şəxsiyyəti təsdiq edən sənəd (ID kart) əlavə olunmalıdır.
Təqdim olunan sənədlər əsasında agentlik tərəfindən namizəd üçün tamamilə yeni və uyğun imtahan vaxtı təyin ediləcək.