Tbilisinin mərkəzində yanğın baş verib

Jan 19, 2026 - 13:30
 0  23
Tbilisinin mərkəzində yanğın baş verib

Tbilisidə, Aqmaşenebeli prospektində yanğın qeydə alınıb.

Alov "İtalyan həyəti" tipli yaşayış binasının fasad hissəsini bürüyüb.

Xeber.ge xəbər verir ki, Gürcüstanın Fövqəladə Halların İdarə Edilməsi Xidməti faktı təsdiqləyib.

Qurumdan verilən məlumata görə, hadisə yerinə dərhal yanğınsöndürmə briqadaları cəlb olunub.

 Yanğın lokallaşdırılıb və qısa müddət ərzində tam söndürülüb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.