Tbilisidə Rusiya vətəndaşı narkotik laboratoriyası qurduğu üçün saxlanılıb

Jan 19, 2026 - 12:37
 0  24
Tbilisidə Rusiya vətəndaşı narkotik laboratoriyası qurduğu üçün saxlanılıb

Gürcüstan Daxili İşlər Nazirliyinin Tbilisi Polisi Departamentinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat nəticəsində külli miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanılması, satışı və tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz becərilməsində ittiham olunan 1980-ci il təvəllüdlü Rusiya Federasiyası vətəndaşı D.Ş. saxlanılıb.

Xeber.ge xəbər verir ki, qurumun yaydığı bəyanatda bildirilir ki, saxlanılan şəxs müvəqqəti yaşadığı mənzildə narkotik bitkilərin yetişdirilməsi üçün xüsusi istixana (laboratoriya) qurub.

Faktla bağlı aparılan araşdırmalar nəticəsində müəyyən edilib ki, o, narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olub.

Qeyd olunan cinayət əməlinə görə saxlanılan şəxsi 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.