Əcnəbi tələbələr üçün yaşayış icazəsi hansı hallarda ləğv olunacaq?

Jun 23, 2026 - 20:13
 0  8
Əcnəbi tələbələr üçün yaşayış icazəsi hansı hallarda ləğv olunacaq?

Gürcüstan Parlamentində əcnəbilərin ölkədə qalma qaydalarını tənzimləyən qanunvericilik dəyişikliklərinin müzakirəsi zamanı Daxili İşlər nazirinin müavini Aleksandre Daraxvelidze tələbə vizaları və yaşayış icazələri ilə bağlı tətbiq ediləcək yeni sərt qaydaları açıqlayıb.

XEBER.GE  xəbər verir ki, Daxili İşlər Nazirliyi və Təhsil Nazirliyinin birgə hazırladığı yeni mexanizm təhsil statusundan sui-istifadə edərək ölkədə qanunsuz qalan əcnəbilərin qarşısını almaq məqsədi daşıyır.

Nazir müavininin bəyanatına əsasən, əcnəbi tələbələrin təhsil bərabərliyi (yaşayış icazəsi) aşağıdakı hallarda ləğv ediləcək:

  • Kredit limiti doldurulmadıqda: Tələbə bir tədris ili ərzində minimum 20 kredit toplamazsa, yaşayış icazəsini itirəcək.
  • Status dayandırıldıqda: Tələbə statusu 90 gün və daha artıq müddətə dondurularsa, bu, oturumun ləğv edilməsi üçün əsas sayılacaq.
  • Ölkə tərk edildikdə: Tələbə üzrlü səbəb olmadan 183 gün və daha çox müddətə Gürcüstanı tərk edərsə, onun yaşayış icazəsinə xitam veriləcək.

Hazırda əcnəbi tələbələrin dil biliklərini yalnız universitetlər yoxlayır və bu prosesə kənar nəzarət yoxdur. Yeni qərara əsasən, bu sistem tamamilə dəyişir:

  • Gürcüstan hökuməti beynəlxalq səviyyədə tanınan xarici dil sertifikatlarının xüsusi siyahısını müəyyən edəcək.
  • İmtahanlar Mərkəzi müstəqil şəkildə əcnəbilər üçün dil imtahanları təşkil edəcək. Əcnəbi şəxs yalnız dil bilisəyini rəsmən sübut etdikdən sonra ali məktəbə qəbul oluna biləcək.
  • Elektron Baza: Əcnəbi tələbələrin qəbulu və təhsil davamiyyəti vahid elektron məlumat bazasında qeyd olunacaq. Qaydalara əməl etməyən universitetləri inzibati məsuliyyət gözləyir.
  • Ailə birləşməsinə məhdudiyyət: Əvvəllər azyaşlı əcnəbilər universitetə qəbul olunaraq ailələrini də "ailə birləşməsi" adı ilə ölkəyə gətirirdilər. İndi tələbə yaşayış icazəsi yalnız yetkinlik yaşına çatmış şəxslərə veriləcək.
  • Azyaşlılar üçün yeni vizalar: Təhsil almaq istəyən azyaşlılar üçün 1 illik müddətə xüsusi "D6" kateqoriyalı viza təsis olunur.
  • Kurslar ləğv edilir: Sadə sertifikat kurslarına qəbul yaşayış icazəsi üçün əsas sayılmayacaq. Əcnəbilər yalnız akkreditasiyadan keçmiş ali və ya peşə təhsili proqramlarında oxuduqları halda ölkədə qala biləcəklər.

"Miqrasiya Departamenti tərəfindən keçirilən 100-dən çox reyd zamanı 10 mindən çox əcnəbi yoxlanılıb. Məlum olub ki, tələbə statusu daşıyan bir çox şəxs elementar səviyyədə belə dil bilmir, dərslərə getmir və ya statusu çoxdan dayandırılıb.

Yeni mexanizm bu riskləri tamamilə sığortalayacaq".