Gürcüstandan 74 əcnəbi deportasiya edilib
Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları son günlər həyata keçirilən tədbirlər nəticəsində 74 xarici vətəndaşı ölkədən deportasiya ediblər.
Nazirliyin yaydığı məlumata görə, əməliyyatlar Miqrasiya Departamenti və Daxili İşlər Nazirliyinin digər müvafiq strukturları ilə koordinasiyalı şəkildə həyata keçirilib.
Deportasiya olunan şəxslər arasında Türkiyə, Hindistan, Efiopiya, Pakistan, Keniya, İran, Belarus, Misir, Tacikistan, Rusiya, İraq, Zimbabve, Azərbaycan, Türkmənistan, Ermənistan, Sudan, Uqanda və Özbəkistan vətəndaşları da yer alıblar.
Qurumun açıqlamasında bildirilib ki, mövcud qanunvericiliyə əsasən deportasiya edilən şəxslərin Gürcüstana yenidən girişinə məhdudiyyət qoyulub.
mənbə: report