Tbilisidə metronun vaqonunda kişi ölüb
 
                                Metronun birinci xətti fasilələrlə işləyir – Samqori stansiyasında, qatarın vaqonunda sərnişin ölüb.
Xeber.ge xeber verir ki, bu məlumat Tabula-nın nəqliyyat xidməti tərəfindən təsdiqlənib.
Onların verdiyi məlumata görə, hadisə səbəbindən sərnişinlər Samqori, İsani və Varketili stansiyalarında xidmət ala bilmirlər. Hüquq-mühafizə orqanlarının protokol işlərini tamamladıqdan sonra hərəkət yenidən bərpa ediləcək.
Mövcud məlumata görə, kişi təbii ölümlə vəfat edib.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                                                                                                             
                                                                                                                                             
                                                                                                                                             
                                             
                                             
                                             
                                             
                                            