Rusiya Tiflisə ödəniş etməyəcək

Oct 15, 2025 - 15:50
 0  28
Rusiya Tiflisə ödəniş etməyəcək

Moskva Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) 2008-ci il hadisələri ilə bağlı Gürcüstana 253 milyon avro ödəməyə dair qərarını yerinə yetirməyi planlaşdırmır.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“Qərarı yerinə yetirməyəcəyik”, - Peskov bildirib.

Qeyd edək ki, dünən Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Rusiyanın 2008-ci ildəki hərbi münaqişə ilə bağlı Gürcüstana 253 milyon avro ödəməsi ilə bağlı qərar qəbul edib.

mənbə: axar