Tbilisidə Ana öz azyaşlı övladını dilənməyə məcbur edib
Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polisi Departamentinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində insan alveri (treffikinq) ittihamı ilə 1981-cü il təvəllüdlü M.S. saxlanılıb.
Xeber.ge xeber verir ki,
İstintaq çərçivəsində, o cümlədən məhkəmə qərarı əsasında həyata keçirilən gizli audio və video yazılar vasitəsilə müəyyən edilib ki, ana öz azyaşlı övladını fiziki zorakılıq hədəsi və psixoloji təzyiq altında Tbilisinin müxtəlif səmtlərində dilənməyə məcbur edib. Uşağın topladığı pullar isə tamamilə ana tərəfindən mənimsənilib.
Hüquq-mühafizə orqanlarının keçirdiyi istintaq tədbirləri nəticəsində M.S. şübhəli şəxs qismində yaxalanıb. Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 143-cü (insan alveri) maddəsinin 2-ci və 3-cü hissələri ilə cinayət işi başlanılıb.
Törədilən cinayət əməlinə görə saxlanılan şəxsi 17 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.