Gürcüstanda hava kəskin dəyişəcək: Ştorm və güclü yağış gözlənilir
Gürcüstanda hava pisləşəcək: Ştorm, güclü külək və dolu gözlənilir
XEBER.GE xeber verir ki, Ətraf Mühitin Milli Agentliyinin məlumatına görө, sentyabrın 7-də Gürcüstanda vaxtaşırı yağıntı olacağı gözlənilir. Yağıntılar qərbin bütün bölgələrində, şərqdə isə - Şida Kartlidə, həmçinin dağlıq və yüksək dağlıq rayonlarda bəzi yerlərdə güclü intensivliklə yağacaq.
Agentlik əhalini xəbərdar edir ki, şimşək çaxması və dolu, dənizdə isə 4-5 bal gücündə ştorm ola bilər. Ölkə ərazisinin əksər hissəsində, o cümlədən paytaxtda güclü qərb küləyi əsəcək.
"Gözlənilən yağıntılar çaylarda suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, kiçik çaylarda daşqınlara, təpəlik və dağlıq zonalarda isə sürüşmə-sel proseslərinin yaranmasına və fəallaşmasına səbəb ola bilər (təhlükə səviyyəsi orta)."