Rustavidə qətl törədən şəxs polisə təslim olub

Feb 19, 2026 - 12:13
 0  10
Rustavidə qətl törədən şəxs polisə təslim olub

Rustavi şəhərində baş vermiş qətl hadisəsi ilə bağlı bir nəfər saxlanılıb.

Xeber.ge xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin əməkdaşları 1985-ci il təvəllüdlü İ.B.-ni qəsdən adam öldürmə ittihamı ilə həbs ediblər.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs aralarında yaranmış mübahisə zəminində 1989-cu il təvəllüdlü D.S.-yə soyuq silahla döş qəfəsi nahiyəsindən ağır xəsarət yetirib və hadisə yerindən qaçıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilsə də, həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Məlumata əsasən, hadisədən bir gün sonra İ.B. könüllü olaraq polisə gələrək cinayəti etiraf edib. Hüquq-mühafizə orqanları onu şübhəli şəxs qismində saxlayıblar.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi (qəsdən adam öldürmə) ilə istintaq aparılır.

Bu maddə üzrə saxlanılan şəxsi 15 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.