Gürcüstanda yanacaq yenidən bahalaşdı
Gürcüstanda yanacaq yenidən bahalaşdı - son bir həftə ərzində müxtəlif növ yanacaq 2-dən 14 tetriyə qədər bahalaşıb. Sürücülər narazılıqlarını gizlədə bilmirlər.
XEBER.GE xeber verir ki, onların sözlərinə görə, vəziyyəti Tbilisidəki bitmək bilməyən tıxaclar daha da ağırlaşdırır ki, bu da yanacaq sərfiyyatını və sürücülərin xərclərini artırır.
"Yanacaq bahalaşır, amma nə üçün baş verdiyini bilmirik. Benzinə bu cür yüksək qiymət xatırlamıq, gündəlik bahalaşır. Sonra digər məhsulların da qiyməti bahalaşır", - deyə sürücülər bildirirlər.
"Neft məhsulları İdxalçıları Birliyi"ndə sentyabr ayında yanacaq istehlakının artacağını və daha çox bahalaşacağını proqnozlaşdırırlar. Onların gözləntilərini ölkənin ən iri neft idxalçılarından biri və yanacaqdoldurma məntəqələri şəbəkəsinin sahibi olan "Visol" şirkəti də bölüşür. Şirkətin baş direktoru Vasil Xorava izah edir ki, təchizatçılarla yanacaq üzrə yeni müqavilələrin bağlanması şirkətə daha baha başa gəlir, buna görə də hazırkı qiymət sonuncu deyil.
Yanacaqdoldurma məntəqələri şəbəkələrində yanacağın qiyməti:
- Gulf şəbəkəsində yanacaq sentyabrın 3-də yenidən bahalaşıb. Bütün növ benzin və dizelin qiyməti 6 tetri artub. Nəticədə, bu gün Gulf stansiyalarında yanacağın qiyməti aşağıdakı kimidir:
- G-Force Super – ₾4.35; artım – 6 tetri;
- G-Force Premium – ₾3.93; artım – 6 tetri;
- G-Force Euro Regular – ₾3.75; artım – 6 tetri;
- Euro Regular – ₾3.75; artım – 6 tetri;
- G-Force Euro Diesel – ₾4.53; artım – 6 tetri;
- Euro Diesel – ₾4.43; artım – 6 tetri.
- Wissol yanacaqdoldurma məntəqələri şəbəkəsində yanacağın qiyməti sentyabrın ilk günlərində artıq ikinci dəfə korreksiya olunub. Əvvəlcə sentyabrın 1-də, ikinci dəfə isə bu gün – sentyabrın 3-də dəyişib. Bu gün stansiyalarda yanacağı aşağıdakı qiymətə almaq mümkündür:
- A1 Super 100 – ₾4.39; artım – 4 tetri;
- Eko Super – ₾4.29; artım – 3 tetri;
- Eko Premium – ₾3.88; artım – 3 tetri;
- Eko Diesel – ₾4.52; artım – 5 tetri;
- Euro Diesel – ₾4.49; artım – 5 tetri;
- Euro Regular – ₾3.71; artım – 3 tetri;
- Diesel Energy – ₾4.45; artım – 8 tetri.
- Connect şəbəkəsində yanacağın dəyəri sonuncu dəfə avqustun 29-da dəyişib və dizel 10 tetri bahalaşıb. Bu gün bu şəbəkədə benzin və dizeli bu qiymətə alacaqsınız:
- Super – ₾3.90;
- Premium – ₾3.75;
- Regular – ₾3.60;
- Euro Diesel – ₾3.35; artım – 10 tetri;
- Diesel – ₾4.29; artım – 10 tetri.
- Socar yanacaqdoldurma məntəqələrində yanacağın qiyməti avqustun 27-də korreksiya olunub. Bu gün benzin və dizeli aşağıdakı qiymətə doldura bilərsiniz:
- Nano Super – ₾4.26; artım – 2 tetri;
- Nano Premium – ₾3.84; artım – 4 tetri;
- Nano Euro Regular – ₾3.67; artım – 4 tetri;
- Euro 5 Diesel – ₾4.34; artım – 14 tetri;
- Nano Euro 5 Diesel – ₾4.44; artım – 14 tetri.