Batumi-də “Batumi Mall”da təhlükəsizlik əməliyyatı – vətəndaşlar təxliyə edilib

Batumi-də, Qorqiladze küçəsində yerləşən “Batumi Mall” ticarət mərkəzində Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları cəlb olunub və ərazidə vətəndaşların təxliyəsi həyata keçirilib.
Dövlət Təhlükəsizlik Xidmətindən verilən məlumata görə, qurum təhlükəsizlik protokoluna uyğun xüsusi tədbirlər görür.
“Təhlükə barədə daxil olmuş məlumatla əlaqədar Dövlət Təhlükəsizlik Xidmətinin antiterror bölmələri “Batumi Mall”da təhlükəsizlik protokoluna uyğun xüsusi tədbirlər həyata keçirir,” – deyə xidmətin məlumatında bildirilir.
mənbə: interpress