Seçkilər mübarizə meydanıdır, boykot çıxış yolu deyil

Jul 10, 2025 - 19:13
 0  21
Seçkilər mübarizə meydanıdır, boykot çıxış yolu deyil

Bu gün, 10 iyul tarixində Marneulidə “Lelo-Güclü Gürcüstan” partiyasının ofisində brifinq keçirildi. Brifinq zamanı “Lelo”-nun Siyasi Şurasının üzvü Aqil Mustafayev partiyanın əsas istiqamətlərindən, hədəflərindən və planlarından danışdı. O, yerli özünüidarə seçkilərinə diqqət çəkdi və bu seçkilərdə iştirak etməyi “mübarizə” adlandırdı. Onun sözlərinə görə, partiya olaraq digər müxalif qruplarla birlik simvolu yaratmaq üçün lazımi addımlar atıblar.

“Bildiyiniz kimi, son günlər artıq Gürcüstanda siyasi proseslər yeni bir mərhələyə keçir. Bu gündəmdə, əlbəttə ki, biz müxalif partiyalar arasında seçkilərdə mübarizə və qeyri-mübarizə ilə bağlı fikir ayrılıqları mövcuddur. Bəzi partiyalar bu mübarizədə, seçkilərdə iştirak etməmək kimi qərarlar qəbul ediblər. Biz isə “Lelo-Güclü Gürcüstan” siyasi koalisiyası, düşünürük ki, bu seçkiləri hal-hazırda mübarizə metodu kimi istifadə etməliyik. Biz digər müxalif partiyalarla dialoqlara girdik və təəssüflər olsun ki, bizim birlikdə iştirakımız bu gün alınmadı”.

mənbə: marneulifm