Gürcüstanın 5-ci prezidentinin Novruz Bayramı təbriki

Mar 21, 2025 - 13:31
 0  83
Gürcüstanın 5-ci prezidentinin Novruz Bayramı təbriki

Gürcüstanın 5-ci prezidenti Salome Zurabişvili Novruz Bayramı münasibətilə təbrik edib.

Salome Zurabişvili sosial şəbəkə “X”də (keçmiş Twitter) dünyada və Gürcüstanda Novruz Bayramını qeyd edən insanlara təbrik ünvanlayıb.

“Novruz Bayramını dünyada və Gürcüstanda həyatın yenilənməsini qeyd edən hər kəsə təbrik edirəm!” – Zurabişvili yazıb.

Gürcüstanda Novruz Bayramını əsasən Azərbaycan icması qeyd edir. Bayram adətən regionlarda konsertlər və mədəni tədbirlərlə qeyd olunur. Dövlət rəsmiləri isə ənənəvi olaraq ildə bir dəfə, Novruz Bayramı günündə, Marneuliyə səfər edirlər. Bu il tədbirdə "Gürcü Arzusu"nun seçdiyi prezident Mixeil Kavelashvili iştirak edir.

mənbə: marneulifm