Gürcüstanda saxta yuyucu toz fabriki ifşa edilib
İstintaq tədbirləri nəticəsində məşhur brendlərin saxta ticarət nişanları ilə satış üçün nəzərdə tutulmuş 1 325 qablaşdırma yuyucu toz müsadirə edilib.
XEBER.GE xeber verir ki,
İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxslər Kvemo-Kartlidə improvizə müəssisə yaradaraq sistematik olaraq yuyucu toz istehsal edir və məşhur brendlərin – ABC, Ariel, Tide və Persil-in ticarət nişanlarından qanunsuz istifadə etməklə satırdılar.
İstintaq tədbirləri nəticəsində məşhur brendlərin saxta ticarət nişanları altında satış üçün nəzərdə tutulmuş 1 325 qablaşdırma yuyucu toz müsadirə edilib.
Bundan başqa, axtarış zamanı həmin markaların 5 818 boş qablaşdırması, 632 kisə aşağı keyfiyyətli yuyucu toz, 28 kisə duz, ətirvericilər, boyalar, həmçinin məhsulun istehsalı və qablaşdırılması üçün texniki avadanlıq aşkar edilərək müsadirə olunub.
Hazırki mərhələdə cinayətə cəlb olunan digər şəxslərin müəyyən edilməsi, habelə həmin məhsulun satıldığı satış məntəqələrinin aşkarlanması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Saxlanılan şəxslər ticarət nişanlarından qanunsuz istifadə etməklə məhsul istehsalına və qanunsuz istifadəsinə görə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum edilmə ilə cəzalana bilərlər.