Batumidə 4 şəxs dələduzluq yolu ilə 461 306 larini mənimsəməkdə həbs edilib

Daxili İşlər Nazirliyinin məlumatına görə, təşkilatlanmış qrup tərəfindən dələduzluq törətmək ittihamı ilə 4 şəxs həbs edilib.
Həbs edilənlər bunlardır: 1982-ci il təvəllüdlü N.M., 1997-ci il təvəllüdlü A.Ç., 2002-ci il təvəllüdlü G.Z. və 1982-ci il təvəllüdlü A.İ.
“İstintaq zamanı müəyyən edilib ki, təqsirləndirilənlər böyük miqdarda maliyyə mənfəəti əldə etmək məqsədilə cinayətkar qrup yaradıb və konkret rolları bölüşdürüblər. Həbs edilənlər Batumidə daşınmaz əmləklərin girov qoyulması ilə maraqlanan şəxsləri inandırırdılar ki, müəyyən mənzilləri kredit müqabilində girov qoymaq və onlardan müvəqqəti istifadə hüququna malikdirlər. Bunun ardınca isə vətəndaşların pullarını aldadaraq mənimsəyirdilər.
Təqsirləndirilənlərin törətdiyi əməllər nəticəsində 16 vətəndaş zərər çəkib”, – nazirliyin açıqlamasında deyilir.
DİN bildirir ki, dələduzluq yolu ilə mənimsənilmiş məbləğ 461 306 laridir. Cinayət 10 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
mənbə: marneulifm