Gürcüstanda şantaj yolu ilə cinsi əlaqəyə məcbur etməyə görə bir nəfər tutulub

Mar 31, 2026 - 14:30
 0  24
Gürcüstanda şantaj yolu ilə cinsi əlaqəyə məcbur etməyə görə bir nəfər tutulub

Gürcüstan Prokurorluğu şəxsi həyata dair məlumatların yayılması hədəsi ilə şəxsi cinsi əlaqəyə məcbur etmə faktı üzrə bir nəfəri saxlayıb.

Xeber.ge xəbər verir ki, Sameqrelo-Zemo Svaneti Regional Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində müəyyən edilib ki, saxlanılan şəxs zərərçəkmişə məxsus şəxsi həyat materiallarını aşkar edəcəyi ilə hədə-qorxu gələrək onu özü ilə cinsi əlaqəyə girməyə məcbur edib.

Saxlanılan şəxsə qarşı Gürcüstan Cinayət Məcəlləsinin 139-cu maddəsinin 1-ci hissəsi (şəxsi həyata dair məlumatların yayılması hədəsi ilə seksual xarakterli hərəkətlərə məcbur etmə) ilə ittiham irəli sürüləcək. Bu maddə üzrə təqsirləndirilən şəxsi 5 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.

Prokurorluq yaxın vaxtlarda təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi vəsatəti ilə məhkəməyə müraciət edəcək.