Gürcüstanda çörəyin qiyməti bahalaşırmı?
Gürcüstanda elektrik enerjisinin tariflərinin artırılması çörəyin satış qiymətinə təsir göstərməyəcək.
Xeber.ge xəbər verir ki,
İttifaq sədri bildirib ki, elektrik enerjisi tariflərindəki artım çörəkbişirmə sənayesi üçün həlledici amil deyil. Onun sözlərinə görə, çörək istehsalında əsasən təbii qazdan istifadə olunur:
"Bizim sobalarımız təbii qazla işləyir. Elektrik enerjisindən isə əsasən işıqlandırma və ventilyasiya sistemləri üçün istifadə edirik. Hazırda qış mövsümü olduğu üçün ventilyasiya sistemlərini də işlətmirik. Bu səbəbdən elektrik enerjisinin bahalaşması çörəyin qiymətinə birbaşa təsir etməyəcək".
M. Dolidze həmçinin qeyd edib ki, ən çox tələbat duyulan çörək çeşidlərinin qiymətləri sabit qalacaq. O, hazırda buğda ehtiyatlarının kifayət qədər olduğunu və bazarda qıtlıq yaşanmadığını vurğulayıb.
Xatırladaq ki, Gürcüstanın Energetika və Su Təchizatı üzrə Milli Tənzimləmə Komissiyasının (GNERC) qərarı ilə həm Tbilisi, həm də regionlarda elektrik enerjisinin istehlak tarifi 5 tetri artırılıb. Aprelin 1-dən etibarən yeni tariflər kommersiya sektoru üçün də qüvvəyə minəcək.