Tbilisinin mərkəzində atışma

Feb 25, 2026 - 18:57
 0  7
Tbilisinin mərkəzində atışma

Tbilisinin Vera qəbiristanlığı ərazisində gecə saatlarında atışma baş verib.

Xeber.ge xeber  verir ki, hücumun hədəfi Niko Kvaratsxeliyanın qətlini təşkil etməkdə ittiham olunan qardaşlar - Davit və Quram (Quqa) Kakuliyaların xalası oğlu Giorgi Ruxadze olub.

Zirehli jilet həyatını xilas edib məlumata görə, Giorgi Ruxadze qəbiristanlıq ərazisində mühafizəçilərinin müşayiəti ilə hərəkət edərkən pusquda duran şəxs ona tərəf bir neçə dəfə atəş açıb. Ruxadzenin mühafizəsi dərhal cavab atəşi ilə qarşılıq verib. Bildirilir ki, Kakuliya qardaşlarının qohumu zirehli jilet geyindiyi üçün xəsarət almayıb və onun xəstəxanaya yerləşdirilməsinə ehtiyac qalmayıb.

Təcavüzkar hələ də azadlıqdadır Hadisəni törətməkdə şübhəli bilinən şəxs hələlik saxlanılmayıb. Qeyd edək ki, bu, Giorgi Ruxadzeyə qarşı ilk silahlı hücum deyil. İki il əvvəl Tabidze küçəsində baş verən atışma zamanı yaralanan üç nəfərdən biri məhz o olmuşdu.

Xatırladaq ki, bir neçə gün əvvəl Quram Kakuliya, Davit Kakuliya və Bessarion Jvaniyaya qarşı Niko Kvaratsxeliyanın qruplaşma şəklində sifarişli qətlinin təşkili maddəsi ilə rəsmi ittiham irəli sürülüb.

Daxili İşlər Nazirliyindən rəsmi açıqlama daxil olan kimi məlumat yenilənəcək.