Təhsil sistemində yenilik: Milli Tədris Planına əsasən fənlərin tədrisində dəyişikliklər edildi

Sep 14, 2026 - 22:16
 0  9
Təhsil sistemində yenilik: Milli Tədris Planına əsasən fənlərin tədrisində dəyişikliklər edildi
: :
playing

Milli Tədris Planına əsasən, konkret fənlərin tədrisi prosesində dəyişikliklər edilib.

XEBER.GE xeber  verir ki, Kimya fənninin tədrisinə VIII sinif əvəzinə VII sinifdən başlanılacaq.

Bundan əlavə, sənədə əsasən, VII sinif şagirdləri "Ümumi tarix" və "Gürcüstan tarixi" fənlərini ayrı-ayrılıqda öyrənəcəklər. Sənəddə qeyd olunub: "Tarix" fəni "Ümumi tarix" fənnini əhatə edir və VII sinifdə tədris olunur, "Tarix" fəni VIII-IX və XI-XII siniflərdə, "Gürcüstan tarixi" fəni isə VII və X-XII siniflərdə tədris olunur. Həmçinin, vətəndaş təhsili ("Vətəndaşlıq" fənnini – VII-XII siniflər və məcburi layihələrlə tədris – XI-XII siniflər əhatə edir)".