Metadon, kannabis və qeyri-qanuni silah ələ keçirilib

Jul 3, 2025 - 14:33
 0  12
Metadon, kannabis və qeyri-qanuni silah ələ keçirilib

Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, narkotik cinayətləri ilə bağlı iki nəfər saxlanılıb.

“Böyük və xüsusilə böyük miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi və saxlanılması, satışa hazırlanması, satışa cəhd, tərkibində narkotik vasitə olan bitkilərin qanunsuz becərilməsi, eləcə də odlu silahın qanunsuz əldə edilməsi və saxlanılması faktları üzrə 1994-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş L.Q. və Türkiyə Respublikasının vətəndaşı, 1987-ci il təvəllüdlü F.Q. saxlanılıb.

Cinayətlərə görə 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə nəzərdə tutulur.

Hüquq-mühafizə orqanları L.Q.-nin üzərindən, yaşayış evindən və onun göstərdiyi ünvanlardan maddi sübut kimi xüsusilə böyük miqdarda “metadon” narkotik vasitəsi, böyük miqdarda “kannabis” bitkisi, marixuana və qanunsuz odlu silah götürüblər.

F.Q.-nin idarə etdiyi avtomobildən isə Patrul Polis Departamentinin əməkdaşları böyük miqdarda “alfa-PVP” narkotik vasitəsini maddi sübut kimi götürüblər”, – deyə DİN-in açıqlamasında bildirilir.

Faktlarla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 260-cı, 18-260-cı, 19-260-cı, 265-ci, 273-cü və 236-cı maddələri üzrə aparılır.

mənbə: marneulifm