Avtomobil dərəyə yuvarlandı : 1 ölü, 2 yaralı

Kedanın Tsoniari kəndində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər hadisə yerində həlak olub, iki nəfər isə yaralanaraq təcili tibbi yardım briqadası tərəfindən klinikaya aparılıb.
Qəza bir neçə saat əvvəl baş verib.
Məlumata görə, “Toyota Prius” markalı avtomobil mərkəzi yoldan çıxaraq dərəyə (çaya) aşıb.
Hadisə yerinə operativ şəkildə aidiyyəti qurumlar cəlb olunub. Yaralılar hazırda Keda klinikasında müalicə olunurlar.
mənbə: interpress