Batumidə 123 min larilik dələduzluq edən iki nəfər məhkəmə qərarı ilə tutulub

Mar 1, 2026 - 12:31
 0  11
Batumidə 123 min larilik dələduzluq edən iki nəfər məhkəmə qərarı ilə tutulub

Gürcüstanın Batumi şəhərində hüquq-mühafizə orqanları tərəfindən külli miqdarda dələduzluq ittihamı ilə iki nəfər saxlanılıb.

Xeber.ge xeber  verir ki, əməliyyat ölkənin Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilib.

Nazirliyin yaydığı rəsmi məlumatda bildirilir ki, saxlanılan şəxslər əvvəlcədən hazırlanmış dələduzluq planı əsasında hərəkət ediblər. Onlar aldatma yolu ilə 1997-ci il təvəllüdlü M.M.-ə məxsus külli miqdarda vəsaiti — 123 800 larini (təxminən 46 000 ABŞ dolları) mənimsəyiblər.

Şübhəli şəxslər məhkəmənin qərarı əsasında saxlanılıblar. Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin müvafiq maddəsi (külli miqdarda törədilən dələduzluq) ilə istintaq aparılır. Təqsirləndirilən şəxsləri ağır həbs cəzası gözləyir.

İstintaq 180-ci maddə ilə davam edir: Təqsirləndirilən şəxsləri 9 ilədək həbs gözləyir

Resmi məlumata görə, törədilən cinayət faktı ilə bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsinin 3-cü hissəsinin "b" bəndi (dələduzluq, külli miqdarda törədilmiş) ilə aparılır.