Narkotik cinayəti ittihamı ilə 34 nəfər saxlanılıb

Jul 9, 2025 - 13:26
 0  53
Narkotik cinayəti ittihamı ilə 34 nəfər saxlanılıb

 daxili işlər naziri Qela Qeladze bugünkü brifinqdə bildirib ki, narkotik cinayətləri ittihamı ilə dünən 34 nəfər saxlanılıb.

Saxlanılanlar arasında həm Gürcüstan, həm də xarici ölkə vətəndaşları var.

"Dünən gecə saatlarında ölkə miqyasında onlarla ünvanda keçirilmiş operativ tədbirlər nəticəsində narkotik cinayətləri ittihamı ilə 34 nəfəri saxladıq. Saxlanılanlar arasında Gürcüstan və xarici ölkə vətəndaşları var. Onların əksəriyyəti müxtəlif növ narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olub, bir qismi isə böyük və xüsusilə böyük miqdarda narkotik maddələrin qanunsuz alqı-satqısı və saxlanması ilə ittiham olunur.

Qeyd edim ki, saxlanılanlardan bir neçəsi böyük narkotik satıcılarıdır.

Aparılan istintaq göstərir ki, saxlanılan şəxslər narkotiklərin satış sxeminə cəlb olunmuşdular. Onlar narkotiklərin yayılması üçün müxtəlif üsul və vasitələrdən istifadə edirdilər. Xüsusilə, internet tətbiqləri və sosial şəbəkələr vasitəsilə narkotik maddələri müəyyən yerlərdə yerləşdirirdilər. Narkotiklərin ölkə üzrə müxtəlif gecə klublarında və əyləncə obyektlərində yayılması planlaşdırılırdı.

Əməkdaşlarımız hakim qərarı əsasında saxlanılan şəxslərdən narkotik maddələrin dəfələrlə nəzarətli şəkildə alınmasını həyata keçirib və bu prosesin gizli audio-video yazısını aparıblar.

Həmin şəxslərin şəxsi və yaşayış yerlərində aparılmış axtarış zamanı maddi sübut kimi müxtəlif növ və xüsusilə böyük miqdarda narkotik maddələr ələ keçirilib. Bunlara heroin, kokain, suboksin, metadon, alfa-PVP və digərləri daxildir. Eləcə də narkotik maddələrin qablaşdırılması üçün lazım olan materiallar və narkotik satışından əldə edildiyi ehtimal olunan pul aşkar edilib," – deyə Qeladze bildirib.

Nazirin sözlərinə görə, həmçinin qeydiyyatsız odlu silahlar və döyüş sursatları da aşkar olunaraq götürülüb.

Əgər ittihamlar sübuta yetirilərsə, saxlanılan şəxsləri 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.

mənbə: marneulifm