Gürcüstanın daxili işlər nazirinin müavini: İğtişaşların iştirakçıları əvvəlcədən hazırlıq keçib
"Tbilisidəki mitinqlərdəki iğtişaşların iştirakçıları əvvəlcədən hazırlıq keçib".
Bunu Gürcüstanın daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze bildirib.
“Sadə təhlil açıq şəkildə göstərir ki, təhrikçilər və zorakılığın icraçıları cəzasızlıq hissi ilə hərəkət ediblər. Onlar buna kimlikləri müəyyənləşdirilə bilmədiyi üçün gediblər”, - Daraxvelidze deyib.
mənbə: report