Gürcüstanda növbəti üç günün hava proqnozu açıqlanıb
Gürcüstanın Milli Ətraf Mühit Agentliyi mayın 9-dan 11-dək ölkə ərazisində gözlənilən hava şəraiti barədə məlumat yayıb.
Xeber.ge xəbər verir ki,
· Kartli (Rustavi, Bolnisi, Marneuli, Qori): Bəzi yerlərdə qısamüddətli yağış və şimşək gözlənilir. Temperatur gündüz +24, +26 dərəcə olacaq.
· Kaxeti (Telavi, Qurcaani, Siqnaxi): Arabir qısamüddətli yağış və şimşək proqnozlaşdırılır. Temperatur gündüz +23, +25 dərəcə olacaq.
· Yüksək dağlıq rayonlar (Axalkalaki, Bakuriani, Qudauri): Temperatur gündüz +14, +16 dərəcə təşkil edəcək.
· Sahil rayonları (Batumi, Kobuleti, Poti): Bəzi yerlərdə qısamüddətli yağış və şimşək gözlənilir. Temperatur gündüz +22, +24 dərəcə olacaq.
· Düzənlik rayonlar (Kutaisi, Zestafoni, Zuqdidi): Temperatur gündüz +24, +26 dərəcəyədək yüksələcək.
· Dağlıq və yüksək dağlıq rayonlar (Ambrolauri, Mestia, Baxmaro): Arabir yağış yağacağı gözlənilir. Dağlarda temperatur +19, +23 dərəcə arasında dəyişəcək.
Milli Ətraf Mühit Agentliyi bildirir ki, qeyri-sabit hava şəraiti mayın 11-dək davam edəcək.