Qomis Mtada 4 nəfərin öldüyü ağır qəzaya görə mikroavtobusun sürücüsü tutuldu

Aug 13, 2026 - 14:13
 0  23
Qomis Mtada 4 nəfərin öldüyü ağır qəzaya görə mikroavtobusun sürücüsü tutuldu

Qomi dağında 4 nəfərin ölümü və 17 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi işi üzrə mikroavtobusun sürücüsü saxlanılıb.

XEBER.GE xeber  verir ki, Daxili İşlər Nazirliyindən "Tabula"ya verilən məlumata görə, yol-nəqliyyat hadisəsi nəticəsində sürücü də xəsarət alıb, o, hazırda klinikada konvoyun nəzarəti altındadır və xəstəxanadan buraxıldıqdan sonra müvafiq müəssisəyə köçürüləcək.

Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə (nəqliyyat vasitəsinin hərəkət və ya istismar qaydalarının pozulması, iki və ya daha çox şəxsin ölümünə səbəb olma) başlanılıb.