Varşavada 5 gürcü saxlanıldı
Varşavada quldurluq ittihamı ilə Gürcüstanın 5 vətəndaşı saxlanılıb.
XEBER.GE xeber verir ki, məlumata görə, Gürcüstan vətəndaşları 25 yaşlı Belarus vətəndaşına hücum ediblər. Hücum edənlər gənc oğlanı yerə yıxaraq vəhşicəsinə döyüb, daha sonra onu zorla avtomobilə mindirməyə çalışıblar.
Hücum edənlər zərərçəkmiş şəxsin telefonunu və pul kisəsini də götürüblər.
Bütün şübhəlilərə quldurluq və azadlıqdan məhrum etməyə cəhd ittihamları irəli sürülüb. Məhkəmə onların barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib.
Məlumatı Polşanın RMF FM radiosu yayıb.