Batumidə İnterpolun 'qırmızı bülleten'lə axtardığı şəxs yaxalandı
Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamenti və Miqrasiya Departamentinin əməkdaşları beynəlxalq səviyyədə axtarışda olan şəxsi ifşa ediblər.
Xeber.ge xeber verir ki,
Daxili İşlər Nazirliyinin rəsmi bəyanatında bildirilir ki, saxlanılan şəxs Türkiyə tərəfindən müxtəlif kateqoriyalı cinayətlərdə, o cümlədən hədə-qorxu gəlmə, təhqir və az miqdarda döyüş sursatının qanunsuz əldə edilməsi və saxlanılmasında ittiham olunaraq axtarışa verilib.
Hazırda saxlanılan şəxs barəsində qanunvericiliyə uyğun olaraq ekstradisiya prosedurları davam etdirilir.