Poti polisi sosial şəbəkədə hədə-qorxu gələn şəxsi saxlayıb

Jan 17, 2026 - 11:43
 0  44
Poti polisi sosial şəbəkədə hədə-qorxu gələn şəxsi saxlayıb

Gürcüstan Daxili İşlər Nazirliyinin Sameqrelo-Zemo Svaneti Polis Departamentinin Poti şəhər idarəsinin əməkdaşları hədə-qorxu gəlməkdə ittiham olunan şəxsi saxlayıblar.

Xeber.ge xeber  verir ki, əməliyyat nəticəsində 2006-cı il təvəllüdlü T.X. tutulub. İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs cari ilin 7 yanvar tarixində sosial şəbəkə vasitəsilə İ.Q. adlı şəxsə döymə və sağlamlığa zərər vurma ilə bağlı hədə-qorxu məzmunlu mesajlar göndərib.

Hüquq-mühafizə orqanlarının həyata keçirdiyi operativ-axtarış tədbirləri nəticəsində şübhəli şəxs Borjomi bələdiyyəsi ərazisində saxlanılaraq istintaqa cəlb olunub.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 151-ci (hədə-qorxu gəlmə) maddəsi ilə cinayət işi başlanıb.

Bu maddə bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur.