Tbilisidə bıçaqlanma: bir nəfər saxlanıldı

Oct 5, 2025 - 22:37
Oct 6, 2025 - 00:07
 0  42
Tbilisidə bıçaqlanma: bir nəfər saxlanıldı

Vətəndaş patrul əməkdaşını boyun nahiyəsindən bıçaqlayıb.

Hadisə bir neçə dəqiqə əvvəl Ketevan Tsamebuli prospektində baş verib. 

Xeber.ge xeber  verir ki, məlumata görə, kişi patrul briqadasının avtomobili dayandırmaq çağırışından sonra əsəbiləşib və soyuq silahla xəsarət yetirib.

Yaralı polis işçisi İnqorovi klinikasına aparılıb.

Daxili İşlər Nazirliyinin (DİN) məlumatına görə, polis əməkdaşının sağlamlığına qəsd ittihamı ilə 1991-ci il təvəllüdlü M.Q. saxlanılıb.

DİN-in bildirdiyinə görə, istintaq Cinayət Məcəlləsinin 353-cü Prima maddəsinin ikinci hissəsi ilə aparılır.

Cinayət 11 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutur.