Rustavidə 17 saylı müəssisədə məhbus ölü tapılıb
XEBER.GE xeber verir ki, Penitensiar Xidmət "Tabula" nəşrinə məlumatı təsdiqləyib. Qurumun bildirdiyinə görə, istintaq intihar faktı üzrə başlayıb və onlar istintaqla əməkdaşlıq edirlər.
Məhbusun ailəsi isə intihar versiyasına inanmır.
Mərhumun ailə üzvü "TV Pirveli"yə telefon müsahibəsində intihar versiyasına inanmadığını, məhbusun "zəhərlənmiş" ola biləcəyini və həmçinin "deyəsən, xəsarətləri də olduğunu" deyib:
"Cümə günü bu xəbər yayıldı ki, ölüb. Deyirlər özünü öldürüb, oradakı oğlanlar deyiblər ki, tualetə girib, mismardan kapron sap asılıb və özünü asıb. Səhər hələ qəhvə də içib. Ya da zəhərləyiblər... Bilmirəm, ekspertlər nə müəyyənləşdiriblər, nə yox, o heç cür özünü öldürməzdi, deyəsən zorakılıq izləri də var. Özünü öldürməzdi. Üç il yarım həbsdə idi və özünü öldürmədi, indi 2-3 aya çıxmalı idi və indi özünü öldürərdi?"