Kvaratsxeliya "ilin adamı" seçildi
PSJ-nin futbolçusu Xviça Kvaratsxeliya məşhur GQ jurnalı tərəfindən "2026-cı ilin adamı" elan edilib.
Bu məlumatı "Touchline" nəşri yayımlayıb.
Bu nüfuzlu mükafat 1996-cı ildən idman, kino, musiqi, moda və mədəniyyət aləmində ciddi nailiyyətlər qazanan və böyük təsirə malik şəxslərə təqdim olunur. Kvaratsxeliya ilə bərabər, fransalı MMA döyüşçüsü Salahdin Parnass da nəşrin 2026-cı il üzrə laureatları siyahısında yer alıb.
Xatırladaq ki, bir müddət öncə gürcü futbolçu UEFA Çempionlar Liqasının əsas mərhələsinin 3-cü turu çərçivəsində "Barselona"ya qarşı keçirilən görüşdə (4:2) dizinin çarpaz bağlarından ağır zədə almışdı. Mətbuatda yayılan məlumatlara əsasən, onun zədədən bərpa olunaraq yenidən yaşıl meydanlara qayıtması doqquz ay vaxt apara bilər.
mənbə: oxu.az