Marneulidə kişilərin şantaj edilməsi: İstintaq işində 10-dan çox zərərçəkən var

Oct 4, 2026 - 17:50
 0  74
Marneulidə kişilərin şantaj edilməsi: İstintaq işində 10-dan çox zərərçəkən var
: :
playing

XEBER.GE xeber  verir ki, "TV Pirveli"nin məlumatına görə, cinayət işində ondan çox zərərçəkmiş şəxs var və onların hamısı kişidir.

Hələlik təqsirləndirilən şəxsin vətəndaşların şəxsi həyatını əks etdirən materialları necə əldə etdiyi (kompüter sisteminə qanunsuz daxil olmaqla, yoxsa kadrları şəxsən çəkməklə) məlum deyil. Bu hallar istintaqın qarşısında duran əsas məsələlərdəndir.

Vəkil Elquca Gavaşelinin sözlərinə görə, zərərçəkənlərin hamısı yetkinlik yaşına çatmış kişilərdir və onların sayı 10-dan çoxdur. Müdafiə tərəfi prokurorluğun maddəni dəyişə biləcəyini (şantaj maddəsinin əlavə olunacağını) istisna etmir. Təqsirləndirilən şəxs hələlik sükut hüququndan istifadə edir və barəsində həbs qətimkan tədbiri seçilib.

Hüquq müdafiəçisi Samira Bayramova bildirir ki, Marneulidə bu cür hallar az deyil və artıq kişilərin də şantaj edilməsi hallarına keçilib. Onun sözlərinə görə, cinayətkarlar əsasən "TikTok" üzərindən hərəkət edir, pul tələb edir, bir çox insan isə cəmiyyət tzyiqindən qorxaraq polisə müraciət edə bilmir.

Xatırladaq ki, əvvəllər müxtəlif cinayətlərə görə məhkum olunmuş həmin şəxs Marneulidə həmkəndlilərindən pul qoparmaq məqsədilə onların şəxsi həyatını əks etdirən fotoları sosial şəbəkədə yaymaqda, silmək müqabilində isə pul tələb etməkdə ittiham olunur. Vətəndaşlara dəymiş ümumi zərər təxminən 2 000 lari təşkil edib.