Temka parkında qanlı hesablaşma: DİN azyaşlı cinayətkarı yaxalayıb

Mar 1, 2026 - 12:25
 0  17
Temka parkında qanlı hesablaşma: DİN azyaşlı cinayətkarı yaxalayıb

Tbilisidə qəsdən sağlamlığa ağır zərər vurma ittihamı ilə azyaşlı şəxs saxlanılıb.

Xeber.ge xeber  verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin bəyanatında bildirilir ki, hadisə paytaxtın Temka yaşayış massivində yerləşən parkda qeydə alınıb. Təqsirləndirilən şəxs aralarında əvvəllər mövcud olmuş münaqişə zəminində 2008-ci il təvəllüdlü M.Ç.-yə şüşə qırığı ilə hücum edib. Nəticədə zərərçəkmişin üz nahiyəsinə ağır xəsarətlər yetirilib. Cinayəti törədən şəxs hadisə yerindən qaçsa da, polis tərəfindən müəyyən edilərək saxlanılıb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə istintaq aparılır. Törədilən cinayət əməlinə görə azyaşlı təqsirləndirilən şəxsi 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.