Marneulidə gənc oğlan bıçaqlandı

Sep 13, 2025 - 17:34
 0  19
Marneulidə gənc oğlan bıçaqlandı
: :
playing

Marneulinin Əzizkənd kəndində gənclər arasında baş verən mübahisə bıçaqlanma ilə nəticələnib.

Hadisə sentyabrın 12-si gecə saatlarında sözü gedən kənddə yerləşən zərərçəkmiş şəxsin şəxsi mağazasında qeydə alınıb.

Məlumata görə, insident qisas zəminində baş verib. Nəticədə 32 yaşlı gənc oğlan bıçaq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Həkimlərin müdaxiləsi zamanı onun bir böyrəyinin ciddi zərər gördüyü üçün çıxarılması lazım gəlib. Hazırda yaralının vəziyyətinin stabil olduğu bildirilir.

Daxili İşlər Nazirliyi hadisə ilə bağlı araşdırma aparır. Lakin saxlanılan şəxslərlə bağlı hələlik rəsmi açıqlama verilməyib.

mənbə: Intrepress.ge