"Uzak şehir"in baş rol ifaçısı saxlanıldı
İstanbulda məşhur simalara qarşı genişmiqyaslı narkotik əməliyyatı keçirilib. Beykoz Cumhuriyet Başsavcılığı tərəfindən başladılan istintaq çərçivəsində bir sıra tanınmış şəxslər saxlanılıb.
Xeber.ge xəbər verir ki, əməliyyat zamanı saxlanılanlar arasında tanınmış aktrisa Sinem Ünsal da var.
Məlumata görə, o, narkotik maddə istifadə etmək, saxlamaq və ya əldə etmək ittihamları ilə saxlanılan 14 nəfərdən biridir. Rəsmi qurumlar bildirir ki, əməliyyat üzrə araşdırmalar davam edir.
İş üzrə saxlanılan digər tanınmış şəxslər arasında Hafsanur Sancaktutan, Emir Can İğrek, Somer Sivrioğlu, Serra Pirinç, Burak Deniz və Mert Demir kimi məşhur adlar da yer alır.
Qeyd edək ki, 1993-cü il təvəllüdlü Sinem Ünsal İzmirin Foça rayonunda doğulub. Eskişehir Osmangazi Üniversitesinin Müqayisəli Ədəbiyyat fakültəsinin məzunudur. 2016-cı ildən televiziya layihələrində yer alan aktrisa hazırda Uzak Şehir serialında rol alır.
Faktla bağlı araşdırmalar davam etdiri
mənbə: Demokrat.az